Rəşid Mahmudov qardaşı qızını qaçıran əmi haqqında: "Qaçıblar, yaxşı ediblər"
"Qaçıblar yaxşı ediblər"
BAKU.WS xəbər verir ki, bu sözləri tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov Axar.az-a Gəncədə baş vermiş olayla bağlı danışarkən deyib. O bildirib ki, bu məsələnin işıqlandırılması düzgün addım deyil:
"Qaçıblar, yaxşı ediblər. Belə hadisələr hər yerdə var. Xaricdə adamlar az qala öz anaları, bacıları ilə birlikdə yaşayır. Amma onlar bunu hamıya nümayiş etdirmirlər. Günah media əhlindədir ki, bunu işiqlandırıb hamıya göstərirlər. Bir şey olmamış problem yaradırlar”.
Xatırladaq ki, Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərov 23 yaşlı ailəli olan qardaşı qızını qaçırıb və onunla dini nikaha daxil olub.
BAKU.WS
Oxşar xəbərlər
Qardaşı qızını qaçırtdığı deyilən Həsən Səfərov: “Yoldaşım hamilədir, uşaq məndən deyil”
Gəncə sakini Həsən Səfərovun qardaşı qızı ilə birlikdə qaçması, dini nikah bağlaması xəbəri ötən gündən müzakirəyə çevrilib. Cəmiyyətdə şok effekti yaradan bu...