Rəşid doktor “türk deyilik!” deyən deputata əsəbləşdi

Rəşid doktor “türk deyilik!” deyən deputata əsəbləşdi
Sosial 5062

 

"Mən türkəm, qalan kim hansı millətdən olur olsun”.

BAKU.WS-in məlumatına görə, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov söyləyib. O deputat Arif Rəhimzadənin "Biz türk deyilik, axı niyə üzr istəməliyəm?” fikrinin əleyhinə olduğunu və bu cür açıqlamaların müxtəlif məqsədlərə xidmət etdiyini deyib:

"Arif Rəhimzadədən soruşun ki, o Heydər Əliyev kursunu davam etdirirmi? Heydər Əliyev deyirdi ki, Türkiyə və Azərbaycan "bir millət iki dövlətdir". Deputat bu fikri təkzib edir? Mən türkəm, qalan kim hansı millətdən olur olsun. Yer üzündə ilk insan məskənləri 3 yerdə olub. Birincisi Almaniya ərazisində, ikincisi Azıx mağarasında, üçüncüsü isə Afrikada. Elə ilk türk bizik. Bizdən yaranıb türklər”.

R.Mahmudov bu cür açıqlamaların türklərə qarşı aparılan siyasətin tərkib hissəsi olduğunu da bildirib:

"Bu açıqlamaların nəyə xidmət etdiyini hamımız yaxşı bilirik. Biz türklərin başına illərdir nələr gətirildiyini hər kəs bilir. Bu cür çıxışlar da onlara xidmət edir”.

Xatırladaq ki, deputat A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib:

"Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”.

BAKU.WS

Oxşar xəbərlər

Arif Rəhimzadə: Məni təhqir edirdilər

Arif Rəhimzadə: Məni təhqir edirdilər

"Vaxtilə "Azərbaycan dili” əvəzinə, "Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili” dərsl...

2187 Siyasət 14:19 06 mart 2017

Son xəbərlər