Respublika Endokrinoloji Mərkəzin daha iki həkimi istintaqa cəlb edildi

Respublika Endokrinoloji Mərkəzin daha iki həkimi istintaqa cəlb edildi
Sosial 1547

Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazid əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar - Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Adıçəkilən həkimlərdən Nüşabə Hüseynova, öz növbəsində, Trend-ə bildirib ki, o, istintaqa cəlb edilməyib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, istintaqa cəlb olunanlar arasında mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...

86 Sosial 23:40 17 sentyabr 2026

Son xəbərlər