Rəsmi standartlara uyğun olan qida uzunmüddətli sağlamlıq riskləri yarada bilərmi?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında təhlükəsiz hesab edilən qidaların sağlamlığa vurduğu ziyanlar mövzusu müzakirə edilib.
Qida təhlükəsizliyi sertifikatları sağlamlıq zəmanəti verir? Keyfiyyətli qida həmişə təhlükəsizdir? Qida təhlükəsizliyi ilə sağlam qidalanma anlayışları niyə tez-tez qarışdırılır? Hansı qidalar zəhərləmir, amma xəstələndirir?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, qida məhsulları üzrə auditor Şəlalə Zeynalova, qida texnoloqu Mübariz Vəliyevlə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
Şuşanın Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WU...