Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”
Yeniliklərdən dərhal xəbərdar olun
“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”.
BAKU.WS xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib.
Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:
“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, - deyə R.Mahmudov gileylənib.
Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqlar üçün də xaricə axın edirlər.
Oxşar xəbərlər
Teleaparıcılar Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edirlər? - QİYMƏTLƏR
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarı...