Rəşad Mehdizadə direkor TƏYİN OLUNDU
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Zəhmət oğlu Mehdizadə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinə direktor təyin olunub. Mərkəz aqrar sahədə təlim və informasiya-məsləhət xidmətləri göstərməklə əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaradır. Aqrar Təlim Mərkəzi Aparatdan və respublika üzrə fəaliyyət göstərən 8 Regional Təlim Mərkəzindən ibarətdir.
Xatırladaq ki, R.Mehdizadə 2018-ci ilin əvvəlində həmin vaxt yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. O, daha sonra yeni təyinata qədər agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq
Bakıda Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq. BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə Səhiyyə Nazirliyinin...