Rayonlarda leysan olacaq, dolu düşəcək
29
iyn
2019
14:32
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23, gündüz 24-27 dərəcə isti təşkil edəcək. Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərinə gəldikdə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Ölkə ərazisində iyunun 26-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti...