Rasim Balayev: "Azərpaşa mənə dedi ki..."

Rasim Balayev: Azərpaşa mənə dedi ki...
Sosial 283

“O, həmişə mənim uğurlarıma sevinib. Mən də eynilə onun uğurlarına. Bu yaxınlarda görüşdük. Səhhətində problemləri var idi. Mənim də səhhətim yaxşı deyildi. Həmin vaxtlar mənə dedi ki, gedək səni əməliyyat etdirək".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Qrup yoldaşı, Xalq artisti Azərpaşa Nemətovla bağlı xatirələrini bölüşən aktyor onun arzularının yarım qaldığını bildirib:

"Çox nikbin adam idi. Bu yaxınlarda da gözəl tamaşalar oldu. Hamını yola verirdi. Bütün rayon teatrları onun diqqətində idi. Çoxlu arzuları var idi. Onları həyata keçirdiyi bir vaxtda aramızdan getdi".

Qeyd edək ki, 75 yaşında vəfat edən Xalq artisti Azərpaşa Nemətov bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər