Qurban bayramında əfv olacaq? – RƏSMİ AÇIQLAMA
15
avq
2017
20:26
Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı azvision.az-a açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir. O xatırladıb ki, bu ilin mart ayının 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: "Bu əfv sərəncamının imzalanmasından qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir”.Ə.Nuriyev əlavə edib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: "Bu baxımdan əfv məsələsi hazırda gündəmdə deyil. Güman etmirəm ki, əfv sərəncamı verilsin”.
BAKU.WS
Oxşar xəbərlər
Qurban Bayramında növbəti əfv fərmanının imzalanması gözlənilir
Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin...