Növbəti əfv sərəncamı gözlənilir

Növbəti əfv sərəncamı gözlənilir
Siyasət 1830
 

15 iyun Qurtuluş günü  və ya 18 oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

"Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq”.

BAKU.WS

Oxşar xəbərlər

Əfv Komissiyasının iclası yekunlaşdı: 450 məhbus əfv oluna bilər

Əfv Komissiyasının iclası yekunlaşdı: 450 məhbus əfv oluna bilər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. BAKU.WS-in məlumatına görə, komissiyanın üzvü Mehd...

1923 Siyasət 14:37 11 mart 2017

Son xəbərlər