Qırıcı dizaynında avtomobil istehsal olundu – VİDEO
01
dek
2017
20:05
Yaponiyanın nəhəng avtomobil şirkəti olan “Nissan” son dövrlərin trend layihəsi – “Ulduz müharibəsi” çərçivəsində fantastik avtomobil istehsal edib. Avtomobilin konsepti nəhəng “TIE Fighter” qırıcısının dizaynını xatırladır. Məlumatda qeyd olunur ki, 2018-ci il üçün hazırlanan model Kaliforniyanın məşhur avtomobil layihəsi olan “LA Auto Show”-da təqdim ediləcək. 2018-ci il üçün hazırlanan ilk modelin üzərində Nissan Altima modelinin dizaynerləri ilə “Lucasfilm” çəkiliş heyətini birlikdə çalışıb. Nissan “TIE Fighter” modelinin siqnal səsi silah atışması effektində yığılıb. Bundan əlavə, avtomobilin təkərlərində normal disklərdən fərqli olaraq, çanaq anten dizaynında xüsusi rənglənmiş disklər yerləşdirilib. Avtomobilin bu buraxılışı şirkət tərəfindən xüsusi olaraq “Ulduz müharibəsi” layihəsinin 8-ci seriyasına həsr edilib. Avtomobilin satış qiyməti haqqında heç bir məlumat yoxdur./publika.az BAKU.WS
Oxşar xəbərlər
“Toyota Bakı Mərkəzi”nin 11 yaşı oldu
“Toyota Motor Corporation”nın Bakıda ilk rəsmi dileri olan Toyota Bakı Mərkəzi 11 yaşını daimi müştəriləri və media nümayəndələri ilə birgə qeyd edib. Toyota Ba...