"Nissan"dan servisdə baş verən qalmaqalla bağlı rəsmi cavab (FOTO)

Nissandan servisdə baş verən qalmaqalla bağlı rəsmi cavab (FOTO)
Hadisə 1649

 

Bakıda "Nissan"ın texniki servisində qalmaqal baş verib.

BAKU.WS-in məlumatına görə, "Nissan Sunny" avtomobili Babək prospektində yerləşən "Nissan" servisinə yağ dəyişmək üçün gəlib. Şikayətçi Sevda Əliyevanın verdiyi məlumata görə, avtomobilin açarını götürüblər və şirkət nümayəndəsi özü avtomobili parkinq edib.

Xanımın bildirdiyinə görə, zəmanəti olan avtomobilə akt tərtib ediblər və orada qeyd olunur ki, maşın tam qaydasındadır:

"30 dəqiqə sonra zəng etdilər və bildirirlər ki, sizin maşınınızı vurublar. Dedilər ki, gəlin sizin avtomobilinizi vuran şəxsi sizlə tanış edək, gedin pulu ondan alın. Sonra ağlamağa başladılar ki, bizdə pul yoxdur, nə istəyirsən et! Sonra bir yaşlı kişi gəldi və dedi ki, avtomobilimizi mən vurmuşam. Xidmətin müdiriyyəti qaçdı gizləndi və meydana çıxmadı. Maşını tam qaydasında verirsən, əzilmiş avtomobil alırsan və xidmət öz aktıyla qəbul etdiyi məsuliyyətlərdən boyun qaçırır". 

BAKU.WS məsələni aydınlaşdırmaq üçün "Nurgun Group"a müraciət edib və məsələ ilə bağlı məlumat əldə etməyə çalışıb. Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, hadisə müştərinin danışdığı kimi olmayıb: 

"27 avqust tarixində "99 AV 241" nömrəli nişanlı avtomobil səhət saat 10:00-da Babək prospektində yerləşən "Nissan" servisinə müraciət edib. Avtomobili idarə edən Cavid (Sevda xanımın yoldaşı) avtomobili şirkətin parkinqində saxlayıb. Gözləmə zalında əyləşən müştərinin avtomobilini parkinqdən çıxan başqa bir müştəri vurub. Hadisə baş verdikdən sonra şirkətin texniki servisinə sığorta çağırılıb və yol polisinə məlumat verilib. Avtomobili vuran "Nissan Qashqai"in sahibi isə dəyən ziyanı qarşılayacağını bildirib. Ancaq buna baxmayaraq avtomobili vurulan şəxs bununla razılaşmayıb və avtomobilin şirkət tərəfindən təmir olunmasını tələb edib. Parkinqdə baş verən qəzaya görə şirkət məsuliyyət daşımır. Tərəflər arasında baş verən hadisə sığorta şirkəti tərəfindən həll olunmalıdır".     

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər