Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi

Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi
Video
Sosial 10

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təftiş zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, çənin üzərindəki qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı aşkarlanıb.

Həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyən edilib.

Bu nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər