Qazi Adəm ona döyüşdə "Sağ qalsan, məni tap!" deyən hərbçini axtarır
44 günlük Vətən Müharibəsi qazisi Adəm Məmmədzadə cəbhədə onu ölümdən xilas edən hərbçini axtarır.
BAKU.WS xəbər verir ki, o "Səni axtarıram" verilişinə müraciət edərək həmin şəxsin tapılmasında ona köməklik göstərilməsini xahiş edib.
Adəm bildirib ki, həmin tanımadığı hərbçi onu xilas edərkən boynuna öz boyunbağısını taxıb və ona "Sağ qalsan, məni tap!" deyib.
Bu 44 günlük Vətən Müharibəsi zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndində oktyabrın 15-də gedən döyüşlərdə yaşanıb.
Adəm müharibədən sonra həmin hərbçinin tapmağa cəhd edib, lakin heç bir nəticə əldə edə bilməyib.
Məlumat üçün bildirək ki, Adəm Məmmədzadə Hacıqabul rayonu Kolanı kənd sakinidir. 24 yaşlı qazi oktyabrın 15-də Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə ayaqları, qolu və qarnından yaralanıb.
O 11 dəfə ayağından əməliyyat olunub.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bu qanuna siyasətçi kimi yox, valideyn kimi dəstək verirəm - Müşfiq Cəfərov
"Qanun uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir". Bunu BAKU.WS-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin sosial şəbəkələrdə...