"Qarpız" yükü altında 31 kiloqramdan çox həşiş aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS Komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 234 nömrəli uşaq bağçası fəaliyyətini dayandırıb. BAKU.WS-ə daxil olan məlumata görə, T.Yaqubov küçə...