Qarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək

Azərbaycanın sığorta şirkətləri fevralın sonu - martın əvvəl qeydə alınmış qarlı hava şəraitində baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş etməyi planlaşdırır.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.
"Məlum olduğu kimi, 21 fevral-2 mart tarixlərində ölkə ərazisində qeydə alınmış intensiv qarlı və şaxtalı hava şəraitində bir sıra hadisələr qeydə alınıb. Həmin hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan son dəqiq məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4 414 müraciət daxil olub. Bu müraciətlərin 3 721-i "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", 676-sı Kasko sığortası, 17-si isə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub.
3 215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat müəyyən olunub, 1 199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakı yollarında bir neçə istiqamətdə sıxlıq var
Bakı yollarında bir neçə istiqamətdə sıxlıq var. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı v...
