Rusiyada səfərbərliyə səbəb olan təhlükəli virus Azərbaycana yaxınlaşdı

Rusiyada səfərbərliyə səbəb olan təhlükəli virus Azərbaycana yaxınlaşdı
Sosial 5153
Azərbaycana təhlükəli qrip virusu yaxınlaşır.BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayev haqqin.az saytına müsahibəsində deyib.Amma İbadulla Ağayev qeyd edib ki, qripə qarşı kütləvi peyvənd üçün heç bir əsas yoxdur, vəziyyət ölkənin tibbi xidmətlərinin tam nəzarəti altındadır.Bununla yanaşı qeyd etmək lazımdır ki, artıq bütün Rusiyada qripə qarşı kütləvi peyvənd vurulması ilə bağlı kampaniya başladılıb və iki həftə davam edəcək.Rusiya dövlət qurumlarının məlumatına görə, bu il payız fəsli başlayandan Rusiyada qripin bir neçə növ virusu (Honkonq, donuz, B tipli) yayılıb. Ona görə də, əhaliyə tövsiyyə edilib ki, peyvənd etsinlər.Bundan başqa Ukraynada da təhlükəli qrip viruslarının yayılması barədə xəbərlər yayılıb.Baş epidemioloq isə Azərbaycanda hələlik tövsiyyə edir ki, qripə yoluxmaqdan ehtiyat edən vətəndaşlar peyvənd etdirə bilər.“Kütləvi peyvənd o vaxt edilər ki, yüz minlərlə insan qripə yoluxub. Rusiyadan fərqli olaraq Azərbaycanda hipotermiyanın praktiki olaraq təhlükəsi yoxdur, çünki bizim ölkədə qidalar daha vitaminlidir, bu isə xəstələnmək riskini azaldır”, deyə İbadulla Ağayev qeyd edib.Baş epidemioloq bildirib ki, əgər təhlükə yaranarsa, bütün profilaktik tədbirlər görüləcək.Bununla yanaşı, İbadulla Ağayev vətəndaşları adi profilaktik qaydalara riayət etməyə çağırıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər