Qarabucaq kəndinin “qara” günləri bitmək bilmir - VİDEO
Kürdəmir rayon Qarabucaq kəndi Bakı-Qazax əsas magistral yolundan beş kilometr məsafədə yerləşir.
Bu kəndin sakinləri yolsuzluq sarıdan şikayətlənirlər.
Onlar yolun bərbad olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bir dəfə də olsun onların səsinə haray verən olmayıb.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub.
Belə ki, Kürdəmirin Qarabucaq kəndinə gedən yolun Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına daxil edilərək əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...