Qarabağda fəliyyət göstərən bu qurum üçün yeni avtomobillər ALINACAQ
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti minik və yük avtomobilləri almağı planlaşdırır.
BAKU.WS-in məlumatına görə, ümumi dəyəri 268 min manat olan satınalma ilə bağlı açıq müsabiqə elan olunub.
Layyihə çərçivəsində 5 ədəd minik və 1 ədəd yük avtomobili alınacaq.
Yeni nəqliyyat vasitələrinin alınması işğaldan azad edilmiş Xankəndi, Ağdərə və Xocalıda bərpa və idarəetmə işlərinin daha səmərəli aparılmasına xidmət edəcək. Minik avtomobilləri ərazilərdə operativ hərəkətliliyi təmin edəcək, yük avtomobili (su maşını) isə xüsusilə tikinti, abadlıq və fövqəladə hallarda ehtiyacların qarşılanmasında istifadə olunacaq.
Oxşar xəbərlər
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
Azərbaycanda unlu qənnadı məmulatlarının idxalı 18.2 faiz artıb. Ekspertlər artımın yalnız tələbin yüksəlməsi ilə bağlı olmadığını bildirirlər. Unlu qənnadı məm...