Qarabağda bu ərazidə fərdi evlər TƏMİR OLUNACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evi təmir olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma elan edib.
Müsabiqənin ehtimal olunan dəyəri 1,48 milyon manat (1.485.243,95 AZN) təşkil edir.
Tenderin icrası nəticəsində evlərin estetik görünüşü və yaşayış keyfiyyəti yaxşılaşacaq, həmçinin binaların uzunmüddətli istifadəsi təmin olunacaq. Eyni zamanda müasir tikinti standartlarına uyğun həyata keçiriləcək işlər, sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşamasına şərait yaradacaq.
Oxşar xəbərlər
Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər
"Badamdarda baş verən sürüşmə hələ də aktivdir. Ola bilsin ki, əhaliyə xəbərdarlıq edilsin və sakinlər təhlükəli ərazidən təxliyə olunsunlar. Çünki sürüşmə insa...