"Qarabağ" - "Ayaks" görüşünə görə bu yollar bağlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
"Saat 19:00-dan sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ərazisində və ətrafdakı yollarda müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətə ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəlsinlər".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...