AAYDA-dan Bakı-Şamaxı yolundan istifadə edəcək sürücülərə MÜRACİƏT

AAYDA-dan Bakı-Şamaxı yolundan istifadə edəcək sürücülərə MÜRACİƏT
Video
Sosial 1468

Qarlı hava səbəbindən Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətindəki çətinlik aradan qaldırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

"Hazırda vəziyyət normaldır. Gediş-gəlişdə problem yoxdur. Dünən axşam saatlarından başlayaraq qarın yağması müşahidə edilib. Səhər saatlarında artıq buzlaşma qeydə alındı. Dərhal əraziyə maşın-mexanizm texnikaları cəlb olundu. Buzlaşmış ərazilərə duz və qumun qarışıq formada səpilməsi ilə hərəkət təmin edildi. Hazırda hərəkətdə problem müşahidə edilmir.

Axşam saatlarına doğru yenidən şaxtanın olması səbəbindən sürücülərdən xahiş edirik ki, qış fəslinə uyğun olaraq avtomobilini təchiz etməmiş sürücülər dağlıq və dağətəyi yollardan istifadə etməsinlər. Çünki biz nə qədər tədbir görsək də, həmin sürücülərin hərəkətində mütləq şəkildə problem yaranacaq. O problem də digər hərəkət iştirakçılarına maneə törədəcək", - deyə A.Nəcəfli qeyd edib.

*** 11:25

Gecə saatlarından respublika ərazisində havanın kəskin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub.

Belə ki, gecə saatlarında başlayan güclü qar və şaxta nəticəsində yol buz bağlayıb. Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.

Hazırda da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşandığı bildirilir.

Oxşar xəbərlər

Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI

Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub. Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildi...

129 Sosial 22:22 01 aprel 2025

Son xəbərlər