Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
BAKU.WS-in məlumatına görə, qərarın ali təhsil müəssisələrinə aid olub-olmaması ilə bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.
Oxşar xəbərlər
Pandemiya dövrünün dərs ili başladı
Bu gündən Azərbaycanda yeni tədris ili başlanır. BAKU.WS xəbər verir ki, sentyabrın 15-dən 165 mindən çox uşaq birinci sinfə qədəm qoyur. Onlar əyani formada tə...