Pünhan Rəhimov koronavirusdan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov həyatını itirib.
BAKU.WS xəbər verir ki, o, koronavirusun qurbanı olub.
Deputat, Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan hadisə ilə bağlı deyib:
"Son zamanlar ard-arda mənə yaxın insanların dünyasını dəyişməsi xəbərini alıram. Bu gün saat 6-da acı xəbər aldım. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölmə sədri Pünhan Rəhimov koronavirusdan dünyasını dəyişdi. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin. Allah hamımızı bu bəladan qorusun".
Oxşar xəbərlər
Koronavirusdan vəfat edən azərbaycanlı cütlüklər - FOTO
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası bir müddətlik səngisə də, yenidən alovlanmağa başlayıb. Son günlər yeni yoluxma halları ilə yanaşı ölüm sayın...