Pullar koronavirus yaya bilər? – HƏKİM XƏBƏRDARLIQ EDİB

Əldən-ələ keçən pullar bir çox viruslar, o cümlədən koronavirus yaya bilər.
BAKU.WS “e-tibb.az”a istinadən bildirir ki, Türkiyədən olan qulaq, burun, boğaz xəstəlikləri uzmanı Cem Karas bəzi virus və bakteriyaların pulla yayıla bildiyini bildirib.
Həkim vurğulayıb ki, ona görə də pulla təmasdan sonra mütləq əlləri yumaq lazımdır.
Bəzən bunun mümkün olmadığını deyən mütəxəssis ödəmələrin, alış-verişin mümkün qədər nəğd deyil, kartla yerinə yetirilməsini tövsiyə edib.
Onun sözlərinə görə, əsasən də hamilələr, immun sistemi zəif olanlar, uşaqlarla bağlı diqqətli olmaq lazımdır.
Oxşar xəbərlər
ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib. BAKU.WS “repor...