Prezidentin göstərişi ilə Bakıda bu binalar söküləcək - Bakı meriyası hərəkətə keçdi
Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.
Artıq Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi yekunlaşıb.
Oxşar xəbərlər
AYNA: Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Saatlı-Masallı və Qazax-Gəncə şəhərlərarası, eləcə də 140A, 511, 553 və 554 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib....