Prezident Tovuzda yol təmirinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
BAKUWS bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyonmanatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Oxşar xəbərlər
Avtomobildəki kondisionerlərin zərərləri nələrdir?
Yay aylarında avtomobildə kondisionerlərin olması mütləqdir. Bu maşında rahatlığı və sərin havanı təmin etmək üçün vacibdir. Lakin onun bəzi potensial zərərləri...
