Prezident icbari tibbi sığortanın tətbiqindən DANIŞDI
05
iyn
2018
20:18
“İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanıb. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük”.BAKU.WS-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə söyləyib.Dövlət başçısı deyib ki, səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik: “Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik. İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın altı şəhərində yeni xəstəxana tikiləcək
"Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bi...