Prezidentdən icbari tibbi sığorta ilə bağlı FƏRMAN
16
fev
2018
18:47
Prezident İlham Əliyev İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. BAKU.WS-in məlumatına görə, fərmana əsasən, İcbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçiriləcək, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdiriləcək.Fərmanda bildirilir:1. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq ediləcək.2. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000.0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000.0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılıb.BAKU.WS
Oxşar xəbərlər
Baş nazirin müavini: "Gələn ildən bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçirləcək" (VİDEO)
Bu ildən Ağdaşda da İcbari Tibbi Sığorta sistemi pilot layihə şəklində tətbiq ediləcək. Gələn ildən etibarən isə bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keç...