Polisdən Bakıda “Son zəng” tədbirləri ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, "Son zəng"lə əlaqədar paytaxt ərazisində umumtəhsil məktəblərinin ətrafında həm ərazi aidiyyəti üzrə, həmdə yol patrul xidməti əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil olunub:
"Paytaxt ərazisində “Son zəng” tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb.
Öncədən xəbərdaredici çağrışlarımıza məsuliyyətli münasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!"
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...