Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir
Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.
Bu barədə BAKU.WS ADY-yə istinadən xəbər verir.
Bildirilir ki, platformalar, piyada keçidi və körpülər qardan təmizlənir. Həmçinin sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.
"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik", - deyə məlumatda deyilir.
Oxşar xəbərlər
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosia...