Pirşağı sakini: "Camaat buradan qayıqla gedir"

Pirşağı sakini: Camaat buradan qayıqla gedir
Video
Sosial 54

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan sakinlər Hüseynbala Əliyev küçəsində yolun uzun müddətdir yararsız vəziyyətdə qalmasından şikayətçidirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, küçədə təxminən iki il əvvəl müxtəlif kommunikasiya xətlərinin çəkilməsi məqsədilə qazıntı işləri aparılıb. Lakin işlər başa çatdıqdan sonra yolun asfalt örtüyü bərpa edilməyib.

"Yollarımızı qazıb bərbad vəziyyətə qoydular. Uşaqlar məktəbə gedə bilmir, taksi və təcili yardım maşınları məhəlləyə daxil olmaqda çətinlik çəkirlər", - deyə sakinlərdən biri qeyd edib:

"İndi yağış yoxdur, yağış yağanda camaat buradan qayıqla gedir".

Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək həllini tapmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər