Pensiyalar niyə gecikir? - Nazirdən AÇIQLAMA
Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Bəzi yerlərdə pensiyaların yubanması məsələsinə toxunan nazir "heç bir yubanmadan söhbət gedə bilməz” deyib: "Tam qrafik necə nəzərdə tutulubsa, o qaydada gedir. Dünən Bakı başladı. Bakı qurtaran kimi məcburi köçkün rayonlarını başlayacağıq. Onun arxasınca respublika tabeli şəhərləri, respublikanın digər rayonlarını, ayın 27-29-da isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılacaq. Burda hər hansı gecikmədən söhbət gedə bilməz. Maliyyə vəsaiti kifayət qədərdir”.
Sonda Səlim Müslümov qeyd edib ki, iyul ayı üçün Dövlət Sosial Müdafiə Fondunun hesablarında 200 milyon manatdan yuxarı vəsait qalığı var.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən pensiyaçıları sevindirəcək xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək p...