Paytaxtın bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək - BŞİH

Paytaxtın bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək - BŞİH
Sosial 876
"Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək".BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".BAKU.WS

Son xəbərlər