İcra Hakimiyyəti səfərbər oldu - Bakıda qeyri-qanuni bütün obyektlər sökülür (VİDEO)
30
avq
2018
11:07
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.“Report”un əldə etdiyi məlumata görə, paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə, həmçinin ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədi ilə reydlər keçirilmiş, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.Belə ki, son vaxtlar Bakının bəzi yerlərində müxtəlif işbazlar, vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən sakinlərin və hərəkət yollarının üzərində, yaşayış binlarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub, eyni zamanda bəzi vətəndaşlar həyət və yol zəbt edərək hasarlamış və buradan öz məqsədləri üçün istifadə edirlər. Əksər hallarda bu hərəkətlər səkilərin və yolların daralmasına səbəb olaraq gediş-gəliş üçün maneələr yaradır. Həyətlərdə tikilən müxtəlif təyinatlı iaşə və digər obyeltkər sakinlərin istirahətinə mane olur və haqlı narazılıqlar yaradır.Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı meriyasından şadlıq sarayları və restoranlara XƏBƏRDARLIQ
Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.BAKU.WS xəbər v...