Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bakının mərkəzi hissəsində işləməyən işıqfor problemi aradan qaldırılacaq.
Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
"İşıqforların işləməməsinə səbəb işıqforda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər görülür" -deyə qeyd edilib.
*** 13:57
Bakının mərkəzi küçələrindən birində işıqfor işləmir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Şikayətçilər qeyd edir ki, Həsən Əliyev küçəsində işıqforlar işləmir.
İşıqforun işləməməsi həmin ərazidən hərəkət edən sərnişinlər həyatı üçün təhlükə yaradır. Belə olan halda onlar piyada keçidindən rahat istifadə edə bilmir.
Avtomobillər isə yolu necə gəldi keçirlər.
Sözügedən ərazidən fotolar təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Xaricə gedənlərin DİQQƏTİNƏ: Səyahət sığortanız ən lazım olan anda işə yaramaya bilər
"Keçən ay xaricdə səfərdə olan zaman başımıza bir hadisə gəldi, amma sığorta xərcləri qarşılamadı. Biz səyahət sığortası etdirəndə məlumat vermişdilər ki, s...