Paytaxtın iki rayonunun qaz təchizatında fasilə yaranacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir.
Bildirilib ki, "Xocahəsən" və "Sulutəpə" əhali orta təzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə iyunun 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, A.M.Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir"
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri K...