Paytaxtda mübahisələrə səbəb olan yol kəsişməsi - Hər gün niyə sürücülər dalaşırlar?
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın "Neftçilər" metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov küçəsində yerləşən kəsişmədə yol hərəkətinin təşkilində mövcud olan problem işıqlandırılıb.
Bildirilib ki, həmin ərazidə hər gün sürücülər arasında anlaşılmazlıq və mübahisə yaranır. Səbəb isə yol hərəkətinin düzgün təşkil edilməməsidir.
İzləyicilərin müraciətlərində qeyd olunur ki, Qaraçuxur və Bakıxanov qəsəbələrindən gələn nəqliyyat vasitələri ilə Rüstəm Rüstəmov küçəsindən geri dönənlərin kəsişdiyi nöqtədə işıqfora ehtiyac var. Çünki mövcud vəziyyətdə geri dönənlərin köməkçi yola daxil olması əlavə qəza riski yaradır.
Bundan başqa, 8-ci kilometr tərəfdən gələnlər üçün düzünə və sağa məcburedici yol nişanının mövcudluğu düz hərəkət edən nəqliyyat vasitələri ilə soldan gələnlərin toqquşma ehtimalını artırır.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycanda yerləşdirilən 300-dən çox rusiyalı turist Dubaya uçmaqdan imtina etdi
300-dən çox rusiyalı turist Azərbaycanda marşrutun dəyişdirilməsini xahiş edərək onları Rusiyaya qaytarmağı tələb edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...