Övladları tərəfindən atılan atadan YENİ XƏBƏR - FOTO
31
iyl
2018
09:51
Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Facebook” profilində yazıb.Fazil Talıbov bildirib ki, son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda Y.Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub:“Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər. Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq”, - deyə Fazil Talıbov yazıb.BAKU.WS
Oxşar xəbərlər
Sosial şəbəkələrdə videosu yayılan kişi barədə ŞOK MƏLUMATLAR – VİDEO
Sosial şəbəkələrdə ürək sızladan görüntüləri yayılan kişi barədə bəzi təfərrüatlar məlum olub.BAKU.WS xəbər verir ki, yayılan videoda küçəyə atıldığını deyən ah...