Evi olmayan kimsəsizlərə ŞAD XƏBƏR (FOTO)

Evi olmayan kimsəsizlərə ŞAD XƏBƏR  (FOTO)
Sosial 2689
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi yaradılıb. BAKU.WS-in nazirliyin saytına istinadən məlumatına görə, Bakının Zabrat qəsəbəsində açılışı olan sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksində müasir tələblərə uyğun şərait yaradılıb.Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.Qışda qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda onların sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmasına təminat yaradıb.Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın Nizamnaməsinə əsasən, Azərbaycan Respublikasının daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbul edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Müraciətə əsasən “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla və həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş meyarlar əsasında Fond tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna köməklik göstərilməsi məqsədilə müəssisə onların şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə göndərəcək.Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən isə, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbul edilirlər. Uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Müraciət daxil olduğu gündən sonrakı 3 gün ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi, qohumları haqqında məlumatların təmin edilməsi üçün müvafiq orqanlara sorğular göndərilir, habelə sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssisələrinə müraciət edilir. Müvafiq sənədlərə baxıldıqdan sonra uşağın müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi proseduralarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər.Qeyd olunan müddət bitdikdən sonra uşağın sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, daimi yaşayış yeri ilə təmin olunması üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün müvafiq işlər görülüb.BAKU.WS

Son xəbərlər