Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR
Sosial 11505
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb".BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtında yerinə yetirilib."Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub. Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək", - deyə məlumatda bildirilib.BAKU.WS

Oxşar xəbərlər

Nazirdən pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR

Nazirdən pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov pensiyalarla bağlı açıqlama verib.BAKU.WS-in məlumatına görə, nazir bildirib ki, dekabr ayı üzrə pensiya...

2532 Sosial 14:46 20 dekabr 2017

Son xəbərlər