Ötən gecə Bakıda işıqların sönməsilə bağlı RƏSMİ AÇIQLAMA

21
iyl
2018
10:04
Ötən gün axşam saatlarında Bakının Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarında elektrik enerjisinin verilişi kəsilib.BAKU.WS xəbər verir ki, bu səbəbdən həmin rayonda yaşayan sakinlər narahat olublar. Sosial şəbəkələrdə isə guya bütün Bakıda işıqların kəsilməsi ilə bağlı söhbətlər yayılmağa başlayıb.Hadisə isə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda paytaxtın bütün istiqamətlərində işıqların verilməsi tam bərpa olunub.“Hadisə baş verən kimi problem yaranmış ərazilərə əməkdaşlarımız cəlb olunub. Qısa vaxt ərzində "Azərişığ"ın daxili şəbəkələri hesabına işığın verilməsi təmin edilib”, - deyə Tanrıverdi Mustafayev bildirib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər
Bakının mərkəzində işıqlar söndü – RƏSMİ AÇIQLAMA
Bakının mərkəzi rayonlarında əhaliyə verilən elektrik enerjisində fasilələr yaranıb. Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub. Bildirilir ki, Ni...