Ötən ay altı uşaq övladlığa götürülüb
08
fev
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin yanvar ayında altı uşaq övladlığa götürülüb, iki uşaq isə himayədar ailəyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa və himayədar ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.
21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə ailələrinə reinteqrasiya edilib.
Oxşar xəbərlər
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində sahilboyu ərazilərdə yeni quru sahələr yaranıb. Vaxtilə su altında olan ərazilər artıq quruya çevrilib. Dənizi...