Orxan Camalın cənazəsi Moskvaya gətirildi
05
avq
2018
13:42
Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlər Aleksandr Rastorquyev və Kirill Radçenkonun, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri Parisdən Moskvaya gətirilib.“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə “Şeremetyevo” hava limanından olan mənbə bildirib. “Jurnalistlərin cəsədi “Air Rrance” şirkətinin 1144 saylı reysi ilə gətirilib. Cənazəni hava limanında İstintaq Komitəsinin əməkdaşları və qətlə yetirilənlərin ailə üzvləri qarşılayıb. Daha sonra meyitlər məhkəmə-tibbi ekspertizasına aparılıb”, - deyə mənbə söyləyib.Qeyd edək ki, hər üç jurnalist sənədli film çəkilişi üçün MAR-a gediblər. Ancaq onlar nəzarət-keçid məntəqəsində naməlum şəxslər tərəfindən öldürülüblər. İlkin ehtimala görə, onlar soyğunçuluq məqsədilə öldürülüblər. Qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur. Əslən azərbaycanlı olan Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində 69 yaşında dünyasını dəyişib.BAKU.WS
Oxşar xəbərlər
Məşhurlar qətlə yetirilən jurnalist Orxan Camaldan yazdı - FOTOLAR
Xəbər verdiyimiz kimi, Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev öldürülüb.BAKU.W...