Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən Müharibəsi iştirakçısı olmuş bir qrup qazi ilə görüş keçirib.
BAKU.WS Ombudsman Aparatına istinadən xəbər verir ki, görüşdə ehtiyatda olan mayor Ziyadov İlkin Eldar oğlu, ehtiyatda olan kapitan Məmmədov Anar Yaşar oğlu, kapitan Muradov Zaman Müqabil oğlu və baş leytenant Daşdəmirov Qədir İsmayıl oğlu iştirak ediblər.
Ombudsman əvvəlcə qazilərimizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə təbrik edib, işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Azərbaycan xalqının Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlıq hissi duyduğunu qeyd edib.
Səbinə Əliyeva görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barədə danışıb. Ombudsman, həmçinin qazilərin qayğıları ilə maraqlanıb və onların qeyd etdikləri məsələləri nəzarətdə saxlayacağını bildirib.
Oxşar xəbərlər
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbənin sevincini yaşadığımız bu günlər...