Ölkənin hansı yolları buz bağlayıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ölkəmizdə davam edən qarlı və qeyri-sabit hava şəraiti nəticəsində Bakı-Şamaxı yolunun buz bağladığı və bununla əlaqədar avtomobillərin hərəkət etməkdə çətinlik çəkdiyi ilə bağlı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin problem səhər saatlarında özünü göstərib:
"Hazırda yolda problem yoxdur. Ola bilsin səhər erkən saatlarında hansısa qısamüddətli problem olub. Amma ərazilərə texnikalar çıxarılaraq, buzlaşmanı aradan qaldırmaq üçün duz-qum qarışığı səpilib".
Oxşar xəbərlər
Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
Son 20 il ərzində Bakıda 100-dən çox yeni park və bağ yaradılıb, 300-ə yaxın park isə bərpa edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhər...