Ölkədə peyvənd olunanların sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 2,5 milyonu ötüb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, son sutkada koronavirus (COVID-19) əleyhinə 71 434 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 330 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 766 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 512 937 təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, birgə məlumatda deyilir: "Məlum olduğu ki...