Oğuzda tibb məntəqəsi problemi: "15 dəqiqə geciksəydik, uşaq ölərdi"

Oğuzda tibb məntəqəsi problemi: 15 dəqiqə geciksəydik, uşaq ölərdi
Video
Sosial 41

Oğuz rayonunun kəndlərində sakinlər tibb məntəqələrinin olmasına baxmayaraq, lazımi tibbi xidmətlərdən yararlana bilmədiklərini bildirirlər.

Sakinlərin sözlərinə görə, tibb məntəqələri olsa da, adi bir iynəni vurdurmaq üçün kilometrlərlə məsafəni qət edərək şəhər mərkəzinə getməli olurlar.

"Əgər burada məntəqə və tibb bacısı varsa, niyə iynə vurmağa icazə verilmir? İcazə yoxdursa, bu məntəqələr niyə yaradılıb? Bir neçə ay bundan əvvəl burada ilkin yardım göstərilmədiyi üçün xəstəni rayon xəstəxanasına aparmalı olduq. 15 dəqiqə geciksəydik, uşaq ölərdi. İlkin yardım olsaydı, belə hal baş verməzdi", - deyə sakin narazılığını ifadə edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, inyeksiya və venadaxili infuziya ilkin tibbi sanitariya mütəxəssislərinin xidmət sahəsinə daxil deyil. Bu baxımdan da tibbi protokollara uyğun olaraq, bu xidmətlər ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilmir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər