İnsanı niyə son mənzilə xalçada yola salırlar? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dünyanın ən qədim xalçaçılıq mərkəzidir. Təsadüfi deyil ki, lap uzaq keçmişdən Azərbaycan xalçaları təkcə valehedici əşya olaraq qalmayıb, eyni zamanda hərtərəfli tədqiq edilib, öyrənilib.
Azərbaycanda insanlar doğulandan ölənə qədər xalçanı öz həyatlarına daxil etməyi bacarıblar. Qədimlərdən bu yana belə bir ənənə var idi: uşaq anadan olan kimi adına xalça toxunardı. Onu toxuyan isə ya ana, ya da nənə olardı. Onların toxuduğu xalçalar genetik informasiyalar şəklində ilmələrə köçürülər, nəsildən-nəslə ötürülərdi.
Zaman-zaman toyluq, hədiyyəlik, eyni zamanda ölümlük xalılarımız olub. Dəfn xalçası insanları son mənzilə kimi müşayiət edərmiş. Sonra xalçanı yuyar, məscidlərə yaxud da mərhumun ailəsinə verərdilər. Bu xalçalar rəng koloriti fərqliliyi, mürəkkəbliyi ilə seçilərdi.
Ətraflı Baku TV-nin “Aydın tarix” verilişində:
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...