“Nokia 3310 şahidləri sektası”: Azərbaycanda onlar barmaqla sayılacaq qədərdir

20
apr
2018
16:40
Sosial şəbəkərin bağlanılması və ya girişinin məhdudlaşdırılması ilə bağlı istər millət vəkilləri, istərsə də digər ictimai-siyasi xadimlərin absurd bəyanatlar ilə vaxtaşırı KİV-də rastlaşmaq olar. Azərbaycan da daxil olmaqla bütün dünyada insanların sosial şəbəkələr və platformalara artan aludəçiliyi fonunda bu çağırışların absurdluğu daha da güclənir. BAKU.WS xəbər verir ki, bu tendensiya qarşı çıxanlara münasibət birmənalı olmur. Müasir sivilizasiyasının rəqəmsal nemətindən imtina edənlər, “Nokia 3310 şahidləri sektası” üzvləri (red.-Finlandiya brendinin retromodel ilə internetə daxil olmaq mümkün deyildi) və ya rəssam və yazıçı Fərhad Yalquzaq kimi meşəyə köçmək kimi radikal addıma əl atanlar daha çox marginal hesab olunur. Psixoloqların qənaətinə görə, internet alüdəçiliyin simptomları digər alüdəçiliylərin siptomları ilə üst-üstə düşür. insanın əhval-ruhiyyəsi gəfildən pozulur mənfi emosiyalar yaranır, internetə giriş məhdudlaşanda panika yaranır, lazımi emosional effekti əldə etmək üçün internetdə daha çox vaxt keçirilir alkoqol alüdəçiləri kimi internet-aludəçiliyin gəbul ediməməsi (bu həm fiziki, həm də psixoloji səviyyədə özünü göstərir Sosio-psixoloq Zaur Tahirsoy bildirir ki, insan özünü xoşbəxt hiss etdikdə, beynində dofomin ifraz olunur. Mütəxəssis bunu həmçinin insanın EQO-su ilə əlaqələndirir. “İnsana nə gədər çox “like” və tərif gəlirsə, bir o gədər o bunu sevir. Natamamlıq hissi və sosial fobiyası olan insanlar sosial şəbəkəyə qaçır. O insanlar ki, real həyatda ünsiyət qurmağa problemlər yaşayır, sosial media və şəbəkədən çıxmır. Bu kimi alüdəçiliyə real həyatda təsürat emosiya, çatışmazlığı ilə üzləşən insanları daha tez təsirinə düşür.” Mütəxəssis əmindir ki, qəfildən sosial mediadan çıxan depresiyaya düşə bilər, onda bir növ boşluq yarana bilər. Müasir cəmiyyətə uyğunlaşmağa lazımdır, onun əksinə getmək olmaz, -əmindir Z.Tahirsoy.
Belə, müasir dövrün tendensiyasından imtina etmək qərarı verməli olsaz, yaranacaq boş vaxtlarınızı nə ilə dolduracaqsız sualına əvvəlcədən müəyyənləşdirin.
İsmayıl Fətəliyev BAKU.WS

Oxşar xəbərlər
Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VIDEO
Azərbaycan məktəblərində yenilik – Sosial şəbəkə dərsləri keçiriləcək? - VİDEO – FOTOARB TV-nin “Günə doğru” verilişində məktəblərdə sosial şəbəkə dərslərinin k...
